PSJ-dən ayrılacaq

PSJ-nin forvardı Qonçalo Ramos yayda klubdan ayrılmaq niyyətindədir

Sportline.az xəbər verir ki, portuqaliyalı futbolçu daha çox oynaya biləcəyi komandaya keçmək istəyir.

"Team Talk"un yaydığı məlumata görə, "Çelsi" və "Nyukasl Yunayted" 24 yaşlı oyunçunu transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Q.Ramos bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda 11 qol, 2 asistlə yadda qalıb.