PSJ-dən "Barselona"ya təklif - Transfer qiyməti 70 milyon avrodur
"Paris Sen-Jermen" "Barselona"nın futbolçusu Frenki De Yonqu heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 70 milyon avrodur.
Qeyd edək ki, F.De Yonq cari mövsüm meydana çıxdığı 33 matçda 1 qol, 8 asistlə yadda qalıb.