PSJ-dən "Sportinq"ə
PSJ futbolçusu Pablo Sarabiyanı “Sportinq”ə icarəyə verib.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniya yığmasının üzvü mövsümün sonuna qədər Portuqaliya klubunda çıxış edəcək.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2019-cu ildən çıxış etdiyi Paris təmsilçisində 79 matça çıxıb, 22 qol vurub. O, “Xetafe” və “Sevilya”da da oynayıb.