PSJ-dən transfer bombası - 200 milyon avroluq forvard
"Paris Sen-Jermen" "Mançester Siti"nin forvardı Erlinq Haalandı heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, Fransa klubu norveçli ulduza görə 200 milyon avro ödəməyə hazırdır.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
25 yaşlı hücumçu cari mövsüm meydana çıxdığı 37 matçda 29 qol, 6 asistlə yadda qalıb.
Qeyd edək ki, Haaland bu transfer isti yanaşmır. 25 yaşlı futbolçu İspaniya La Liqasında çıxış etmək istəyir.