PSJ-dən Xviça həmləsi
“Paris Sen-Jermen” “Napoli”nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliyanı transfer etmək üçün hərəkətə keçib.
Sportline.az insayder Loiç Tanzinin məlumatına istinadən xəbər verir ki, PSJ Xviça üçün "Napoli"yə 90 milyon avro ödəməyə hazırdır.
"Napoli" bu təklifini dəyərləndirəcək. Kvaratsxeliyanın İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 19 matçda 5 qol və 3 asistlə yadda qalıb.