PSJ "Monako"nun futbolçusuna göz qoydu

"Paris Sen-Jermen" yayda "Monako"nun futbolçusu Maqnes Akliuşu heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Foot Mercato" nəşri məlumat yayıb.

24 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 39 matçda 7 qol, 9 asistlə yadda qalıb.

Qeyd edək ki, M.Akliuşun transfer qiyməti 50 milyon avrodur.