PSJ-nin transfer arzusu

PSJ-nin yanvar ayı üçün əsas transfer hədəfi bəlli olub.

Sportline.az insayder Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, "Çelsi"nin fransalı futbolçusu Kristofer Nkunku karyerasını PSJ-də davam etdirməyə yaxındır.

London klubunun rəhbərliyi bu keçid üçün PSJ-dən 60 milyon avro tələb edib.

Qeyd edək ki, "Çelsi"nin baş məşqçisi Enzo Mareska Nkunkunun satılmasına razılıq verib.

27 yaşlı forvard bu mövsüm çıxış etdiyi 27 rəsmi matçda 12 qol və 4 asistlə yadda qalıb. 

Nkunkunun "Çelsi" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.