PSJ-nin ulduzu "Arsenal"a keçir?
Avropa futbolunda səs-küy yaradacaq transfer iddiası gündəmə gəlib.
Sportline.az xəbər verir ki, "Arsenal"ın Xviça Kvaratsxeliya ilə maraqlandığı bildirilir.
London klubu gürcü ulduzu heyətinə qatmaq üçün ciddi addımlar atmağa hazırlaşır.
Hazırda PSJ-də çıxış edən Xviça Kvaratsxeliya Avropanın ən diqqət çəkən futbolçularından biri hesab olunur və bir neçə top-klubun transfer siyahısında yer alır.