PSJ Ronaldunu da istəyir
Mövsümün əvvəlində Neymar və Mbappe kimi futbolçuları heyətinə cəlb edən PSJ bununla kifayətlənmək fikrində deyil. SportLine.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hədəfdə olan növbəti futbolçu Kriştianu Ronaldudur.
Məlumatda Paris klubunun futbolçunun meneceri ilə danışıqlara başladığı və müəyyən razılıq əldə etdiyi vurğulanıb. PSJ yay transfer pəncərəsində futbolçunu heyətinə qatmağı düşünür.
Qeyd edək ki, portuqaliyalının keçidi baş tutsa, o, futbol tarixində ən bahalı transfer ola bilər. Madrid "Real"ının təzminat məbləği kimi, ən azı, 250 milyon avro tələb edəcəyi iddia olunur.