PSJ Salahdan əl çəkmək niyyətində deyil
“Liverpul”un misirli futbolçusu Mohamed Salah mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Sportline.az insayder Romein Kollet Qaudinin məlumatına istinadən xəbər verir ki, “Paris Sen-Jermen” klubu Salahı transfer etməkdə israrlıdır.
Fransa klubunun rəhbərliyi M.Salahı azad agent kimi heyətinə qatmağı planlaşdırır.
PSJ Salaha həftəlik 400.000 avro təklif edib.
Qeyd edək ki, 32 yaşlı futbolçu “Liverpul”la yeni müqavilə imzalamayacaq.