PSJ Xviçanı "Arsenal"a satacaq?

"Paris Sen-Jermen" Xviça Kvaratsxeliyanı "Arsenal"a satmaq niyyətində deyil.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

25 yaşlı sol cinah vingerinin dəyəri 90 milyon avrodur.

Qeyd edək ki, gürcüstanlı oyunçu bu mövsüm meydana çıxdığı 37 matçda 12 qol, 7 asistlə yadda qalıb.