PSJ Yamalı transfer edəcək?

"Paris Sen-Jermen" futbol tarixinin ən böyük transferini reallaşdırmağı hədəfləyir.

Sportline.az xəbər verir ki, Lamin Yamalın Fransa klubuna keçidi gündəmdədir.

"El Nacional" nəşrinin yaydığı məlumata görə, PSJ bu keçid üçün qarşı tərəfə bonuslarla bərabər 300 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, L.Yamalın "Barselona" ilə sözləşməsi 2031-ci ilin iyun ayına qədərdir.

O, cari mövsüm meydana çıxdığı 40 matçda 21 qol, 16 asistlə yadda qalıb.

PSJ-nin rəhbərliyi Yamalın meneceri ilə danışıqlara başlayıb.