PSJ yeni transferi açıqladı

Fransa çempionu PSJ heyətə yeni futbolçu cəlb edib.

Sportline.az xəbər verir ki, parislilər "Ayntraxt"dan Vilyan Paçonun transferini reallaşdırıblar. 

22 yaşlı futbolçu ilə 2029-cu ilədək müqavilə bağlanılıb. 

O, PSJ tarixinin ilk ekvadorlu futbolçusu olub. 

Mərkəz müdafiəçisi yeni komandasında 51 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, son mövsümdə 44 oyuna çıxan Paço iki asistlə yadda qalıb.

Transfermarkt portalında onun dəyəri 35 milyon avro göstərilir.