PSJ yoldaşlıq oyununda "Şturm"la bacarmadı

Yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirən PSJ yoldaşlıq oyununda "Şturm Qrats"la qarşılaşıb.

Sportline.az xəbər verir ki, Klagenfurt şəhərində keçirlən görüş 2-2 hesablı bərabərliklə yekunlaşıb.

Fransa təmsilçisi 9-cu dəqiqədə Mbaye və 12-ci dəqiqədə Solerin vurduğu qolla irəli çıxsa da, Şturm futbolçuları 15-ci dəqiqədə Kamara və 43 dəqiqədə Kitaeşvilinin qolları ilə hesaba tarazlıq gətiriblər.

Qeyd edək ki, PSJ mövsüm öncəsi növbəti yoldaşlıq oyununu avqustun 10-da "Leypsiq"ə qarşı keçirəcək.