PSV 5 fanatından imtina etdi

 

Çempionlar Liqasının “Atletiko”-“PSV” matçı ərəfəsində baş verən hadisə əksəriyyətin qəzəbinə səbəb olmuşdu. Madrid küçələrində yaşanan utanc verən səhnəni insanlığa yaraşmayan hərəkət kimi dəyərləndirmişdilər. PSV –nin nadan fanatları cəzasız qalmayıblar.

Klub tərəfindən aparılan araşdırma nəticəsini verib. Belə ki, həmin səhnənin mənfi rollarını ifa edən 5 azarkeş 5 ildən 10 ilə qədər komandanın oyunlarını keçirdiyi stadiona buraxılmayacaq.

Hadisənin yaşandığı Madird şəhərinin prokurorluğu da məsələyə biganə qalmayıb. Həmin ararkeşlər haqda insan ləyaqətinin alçaldıması maddəsi ilə cinayət işi açılıb. Xatırladaq ki, “PSV” fanatları Madriddə maddi sıxıntıdan boğulan insanları ələ salmışdılar.