PSV-dən "Çelsi"yə

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi PSV-dən Noni Maduekeni transfer edib.

Yarımmüdafiəçi ilə 7.5+1 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı "Çelsi"nin bu transfer üçün 35 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, 20 yaşlı Noni İngiltərənin U-21 millisində çıxış edir.

Banner