PSV xorvatiyalı oyuçu ilə maraqlanır

PSV klubu heyətini yeni bir futbolçu ilə gücləndirmək istəyir.

Sportline.az Bild.com-a istinadla xəbər verir ki, Eyndhoven təmsilçisi azad agent statusunda olan İvan Perişiçin xidmətində maraqlıdır.

35 yaşlı futbolçu son olaraq çıxış etdiyi "Hayduk"u bu yay tərk edib.

Daha əvvəl karyerasında "İnter", "Tottenhem" və "Bavariya" kimi klublarda oynayan Perişiç ümumillikdə 612 oyunda 414 qol vurub, 122 asist edib.

Qeyd edək ki, PSV Niderland çempionatının zirvəsində yer alır.