Pulişiç İngiltərəyə qayıdır
"Milan"ın futbolçusu Kristian Pulişiç yayda İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" amerikalı oyunçunu transfer etmək niyyətindədir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, K.Pulişiç cari mövsüm meydana çıxdığı 32 matçda 10 qol, 3 asistlə yadda qalıb.