Pyer Kalulu üçün iki İngiltərə klubu yarışa girib
“Yuventus”un müdafiəçisi Pyer Kalulu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az “Aston Villa” və “Tottenhem” 25 yaşlı stopperin xidmətində maraqlıdır.
Bu haqda “Calciomercato” məlumat yayıb.
Qeyd edək ki, P.Kalulu cari mövsüm meydana çıxdığı 28 matçda 1 qol, 4 asistlə yadda qalıb.