Qabriel Jesus: “Hər gün dayanmadan çalışıram”

“Arsenal”ın brazilyalı futbolçusu Qabriel Jesus klubda xoşbəxt olduğunu söyləyib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Q.Jesus jurnalistlərə müsahibəsində bu fikirləri səsləndirib;

“Hər gün dayanmadan çalışıram. “Arsenal”da xoşbəxtəm. İnanıram ki bizim üçün uğurlu mövsüm olacaq”, - deyə Jesus bildirib.

Qeyd edək ki, Qabriel Jesus cari mövsüm çıxış etdiyi 24 matçda 7 qol və 2 asistlə yadda qalıb.