Qabriyel Sara: “Xəyalım Brazilya millisində çıxış etməkdir”

“Qalatasaray”ın 25 yaşlı brazilyalı futbolçusu Qabriyel Sara gələcək planları barədə danışıb.

Sportline.az “Ajansspor” saytına istinadən xəbər verir ki, oyunçunun ən böyük xəyalı Braziliya millisinə dəvət almaqdır.

“Braziliya millisinə dəvət almaq istəyirəm. Bu millinin formasıyla 2026 Dünya çempionatında çıxış etmək mənim üçün bir yuxuya bərabərdir. Lakin, bunun üçün çox çalışıram. Milliyə dəvət alacaqıma inanıram”, - deyə Qabriyel Sara bildirib.

Qeyd edək ki, Qabriyel Sara bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 2 qol və 3 asistlə yadda qalıb.