“Qalatasaray” 3 xalı 3 qolla qazandı

Türkiyə Superliqasının 6-cı turuna "Rams Park"da yekun vurulub.

Sportline.az xəbər verir ki, “Konyaspor”la matça daha fəal başlayan “Qalatasaray” hesabı 23-cü dəqiqədə açıb. Yunus Akgün yerli azarkeşləri coşdurub. 1-0. İlk hissəyə artırılan 1-ci dəqiqədə “Qalatasaray” hesabı 2-0 çatdırıb. Mauro İkardi təbrikləri qəbul edib.

64-cü dəqiqədə “cimbom” rəqibi 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Lukas Torreyra fərqlənməyi bacarıb. 80-ci dəqiqədə “Konyaspor” qollardan birinin əvəzini çıxıb.

Umut Nayır hədəfi dəqiq nişan alıb. Görüşdə başqa qol vurulmuyub. 3-1 hesabı ilə qalib gələn “Qalatasaray” 18 xalla çempionata başçılıq edir. “Konyaspor” 7 xalla 9-cu pillədə qərarlaşıb.