"Qalatasaray" - "Atletiko Madrid": Düşərgələrdəki son durum

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turuna yekun vurulacaq.

Sportline.az xəbər verir ki, "Qalatasaray" "Rams Park"da "Atletiko Madrid"lə üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda İstanbul klubunda əsas itki Vilfred Sinqo və Qabriel Saranın adı ilə bağlıdır. Sözügedən futbolçular zədədən əziyyət çəkir.

Madrid təmsilçisində isə yeganə itki Kleman Lanqledir.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 21:45-də başlanacaq oyunu ruminyanlı hakim İstvan Kovaç idarə edəcək.