''Qalatasaray'' da ayrılıq yaşana bilər
Qalatasarayın 31 yaşlı yarımmüdafiəçisi Kerem Demirbay yayda komandadan ayrıla bilər.
Sportline.az xəbər verir ki, futbolçu əsas heyətdə yer ala bilmədiyi üçün klubdan ayrılmaq istəyir.
Qabriel Sara və Mario Leminanım transferindən sonra bu problemlə üzləşən Demirbay Almaniyaya qayıtmağa hazırlaşır.
Futboçunun menecerinin Bundesliqa klubları ilə danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, Kerem Almaniyada ''Hamburq'', ''Hoffenhaym'', ''Düsseldorf'', ''Kayzerslautern'' və ''Leverkusen'' formaları geyinib.