“Qalatasaray” futbolçunu icarəyə göndərir

"Qalatasaray"ın hücumçusu Ahmed Kutucunun Super Liqada klubunu dəyişmək ehtimalı var.

Sportline.az xəbər verir ki, "Fanatik" nəşrinin məlumatına görə, "Göztepe" 25 yaşlı türkiyəli vingeri heyətinə qatmaq niyyətindədir.

İzmir təmsilçisi Kutucunun icarəsi üçün “sarı-qırmızılılar”a rəsmi təklif göndərib. “Göztepe” futbolçunun maaşının tam ödənilməsini də öz üzərinə götürməyə hazırdır.