“Qalatasaray” futbolçusuna illik 5 milyon avro maaş verəcək

"Qalatasaray" türkiyəli futbolçusu Barış Alper Yılmaza illik 5 milyon avro maaş verəcək.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ali Naci Küçük məlumat yayıb.

25 yaşlı sol cinah vingerinin dəyəri "Transfermarkt" portalına görə, 21 milyon avrodur.

Qeyd edək ki, Barışı Səudiyyə Ərəbistanın "Neom" klubu transfer etmək istəyir.