“Qalatasaray” “Konyaspor”a qarşı

Türkiyə Süper Liqasında bu gün 6-cı tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günündə 1 qarşılaşma olacaq.

"Qalatasaray" "Rams Park"da "Konyaspor"la üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda meydan sahiblərində əsas itki Viktor Osimhenin adı ilə bağlıdır.

"Konyaspor"un isə görüşə optimal heyətlə çıxacağı gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" - "Konyaspor" matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Oyunu Yasin Kol idarə edəcək.