"Qalatasaray" "Kopenhagen"in oyunçusu ilə maraqlanır

"Qalatasaray" sağ cinah müdafiəçisi Elias Jelert üçün Danimarka klubuna rəsmi təklif göndərib.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, Danimarka klubu tərəflər arasında danışıqların davam etdiyini bildirib. 

Yekun razılıq əldə olunacağı təqdirdə klubdan bunun məlumatı veriləcəyi qeyd olunub.

Yüngül zədədən sonra Elias Jelertin müalicəsinin davam etdiyi və bu səbəbdən "Kopenhagen"lə növbəti yoldaşlıq görüşündə heyətdə yer ala bilməyəcəyi də xəbərdə vurğulanıb.

Qeyd edək ki, "Kopenhagen" klubunun yetirməsi olan Jelert ötən mövsüm komandası ilə çıxdığı 45 oyunda 1 asistlə yadda qalıb.Gənc oyunçu ötən mövsüm Çempionlar Liqasının hər iki qrup oyununda "Qalatasaray"a qarşı forma geyinib.