“Qalatasaray” Latviyaya itkilərlə yollanır

İstanbul nəhəngi “Qalatasaray” UEFA Avropa Liqasının liqa mərhələsinin 2-ci turu çərçivəsində səfərdə “Riqas”ilə qarşılaşmaya itkilərlə yollanacağı bildirilir.

Sportline.az “Ntvspor” kanalına istinadən xəbər verir ki, “sarı-qırmızılılar”ın heyətində kapitan Fernando Muslera,Viktor Osimhen, Eyüp Aydın, Gökdeniz Gürpüz və Roland Sallai sabahkı matçda iştirak edə bilməyəcək.

Matçı slovakyalı baş hakim Filip Qlova idarə edəcək.

Qeyd edək ki, görüş sabah Bakı vaxtilə saat 20:45-də keçiriləcək.