"Qalatasaray" Lemina ilə bağlı qərar verdi
"Qalatasaray" Mario Leminanı klubda saxlamaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Fanatik" qəzeti məlumat yayıb.
İstanbul klubu qabonlu futbolçuya yeni müqavilə təklif edəcək.
Qeyd edək ki, Leminanın hazırkı sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.