"Qalatasaray" mövsüm öncəsi 3-cü yoldaşlıq oyununa çıxacaq
Yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirən "Qalatasaray" komandası bu gün növbəti oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi kollektiv Slovakiyanın "Trencin" komandası ilə üz üzə gələcək.
Matç Linz şəhərindəki "Raiffeisen Arena"da baş tutacaq.
Qeyd edək ki, "sarı-qırmızılılar" bundan əvvəl keçirdikləri yoldaşlıq oyunlarında LASK Linz (2-3) və "Fortuna Düsseldorf"a məğlub olmuşdular.