"Qalatasaray" Mustafa Dənizli ilə yollarını ayırır

Cari mövsümdə işləri qaydasında getməyən "Qalatasaray"da növbəti məşqçi dəyişikliyi gözlənilir.

SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Super Liqa"nın 23-cü turunda "Qaziantepspor"a məğlub olan İstanbul klubunda  Mustafa Dənizli istefa verməyə hazırlaşır. Ötən gün jurnalistlərin suallarını cavablandıran Dənizli rəhbərliklə görüşdükdən sonra ayrılığının rəsmiləşəcəyini bildirib: "Əlimizdən gələni etsək də, istəyimizə nail ola bilmədik. Bundan artığına gücümüz çatmır. Məsələni rəhbərliklə müzakirə edəcəyik".

Qeyd edək ki, Mustafa Dənizli baş məşqçi postunda Həmzə Həmzəoğlunu əvəzləyib.