"Qalatasaray" niderlandlı oyunçunu transfer etməkdə istəklidir

"Tottenhem"dən ayrılmaq istəyən Matyas Tel karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Qalatasaray" 20 yaşlı forvardın xidmətində maraqlıdır.

Bu haqda "Yeni Akit Gazetesi" məlumat yayıb.

Qeyd edək ki, İstanbul klubu oyunçunu icarə əsasında heyətə cəlb etmək arzusundadır.

Sözügedən futbolçu cari mövsüm meydana çıxdığı 17 matçda 2 qolla yadda qalıb.