"Qalatasaray" niderlandlı ulduzu gündəminə alıb

Son olaraq danimarkalı müdafiəçi Elias Jelerti transfer edən "Qalatasaray"da transfer çalışmaları davam edir.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "sarı-qırmızılılar" "Atletiko" ilə müqaviləsi başa çatan Memfis Depayı heyətinə qatmaq istəyir.

30 yaşlı futbolçu Türkiyə klubundan illik 5 milyon avro tələb edir.

Xəbərdə bildirilir ki, təcrübəli hücumçu ilə maraqlanan digər klub "İnter"dir.

Qeyd edək ki, ötən mövsüm Madrid klubu ilə 31 oyuna çıxan Depay aktivinə 9 qol və 2 asist yazdırıb.