"Qalatasaray" Osimhenə əvəzləyici tapıb

"Qalatasaray" növbəti mövsümə hazırlığı davam etdirir.

Sportline.az xəbər verir ki, ilk olaraq UEFA Çempionlar Liqasında uğurla çıxış etməyi planlaşdıran İstanbul nəhəngi Viktor Osimhenlə bağlı məsələyə hələ də aydınlıq gətirməyib.

Gedişi-qalışı bəlli olmayan nigeriyalı forvarddan xəbər gözləyən istanbullular ona mümkün əvəzləyici axtarışından da qalmırlar.

"Takvim"də yayılan məlumata görə, Osimhenə əvəzləyici olaraq "Bayer"in forvardı Viktor Bonifeys hədəfə alınıb.

24 yaşlı hücumçunun Leverkusen klubu ilə 2028-ci ilədək müqaviləsi var.

Qeyd edək ki, Bonifeys son mövsümdə meydana çıxdığı 27 oyunda 11 qol, 2 asist müəllifi olub.