“Qalatasaray” portuqaliyalı futbolçu ilə danışıqlara başlayıb

“Qalatasaray” Bernardo Silva üçün hərəkətə keçdi.

Sportline.az xəbər verir ki, “Qalatasaray” yay transfer pəncərəsi üçün səs-küylü bir addım atmağa hazırlaşır.

İstanbul klubu Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silvanı azad agent kimi heyətinə qatmaq məqsədilə ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin gələcəyi ilə bağlı yekun qərarın yay aylarında verilməsi gözlənilir.