“Qalatasaray” “Real Madrid”ə elçi düşüb

“Qalatasaray” yanvar ayında “Real Madrid”in mərkəz müdafiəçisi Antonio Rudigeri transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, bu haqda “Fanatik” nəşri məlumat yayıb.

32 yaşlı stopperin “los blankos”la sözləşməsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Rudiger “Real”da qalmaq niyyətindədir.