"Qalatasaray" və İngiltərə klubu transfer yarışına girib
"İnter"in italiyalı yarımmüdafiəçisi Davide Frattesi klubdan ayrıla bilər.
Sportline.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, "Qalatasaray" və "Nyukasl Yunayted" sözügedən futbolçu üçün transfer yarışına girib.
26 yaşlı oyunçunun transfer qiyməti 35 milyon avrodur.
Qeyd edək ki, D.Frattesi cari mövsüm meydana çıxdığı 15 matçda 2 məhsuldar ötürmə müəllifi olub.