“Qalatasaray” Yunus Akgünə yeni müqavilə təklif etdi

Bu mövsüm parlaq çıxışı ilə diqqətləri üzərinə çəkən Yunus Akgün klubla yeni müqavilə imzalayacaqı gözlənilir.

Sportline.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” 24 yaşlı futbolçuya 4 illik yeni müqavilə təklif edib.

Yunus Akgün bu təklifi qəbul edərsə 4 il ərzində 40 milyon türk lirəsi qazanacaqı bildirilir.

Qeyd edək ki, Yunus Akgünün hazır ki müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.