“Qalatasaray”da ağır itki

İstanbul nəhəngi “Qalatasaray”ın argentinalı futbolçusu Mauro İkardinin zədələndiyi açıqlanıb.

Sportline.az “Nexus Sports” nəşrinə istinadən xəbər verir ki, İkardi ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

31 yaşlı futbolçu “Tottenhem” ilə matçda ağır zədə alıb.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 6 qol və 1 asistlə yadda qalıb.