"Qalatasaray"ın Bernardo planı işə düşüb
"Qalatasaray" portuqaliyalı yarımmüdafiəçi Bernardo Silva üçün "Mançester Siti" ilə danışıqlara başlayıb.
Sportline.az xəbər verir ki, bu haqda "Fanatik" nəşri məlumat yayıb.
31 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 27 milyon avrodur.
Qeyd edək ki, Bernardonun "Mançester Siti" ilə sözləşməsi mövsümün sonunda başa çatacaq.