"Qalatasaray"ın ÇL-dakı rəqibləri məlum olub

UEFA qadınlar Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, ilk dəfə bu turnirdə mübarizə aparacaq Qalasataray A qrupunda "Olimpik Lion", "Volfsburq" və "Roma"ya rəqib olub.

"Sarı-qırmızılı" komanda ilk mərhələdə Lüksemburqun "Rasinq Yunion", ikinci mərhələdə isə Çexiyanın "Slaviya Praqa" komandasını mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, turnirdə 1-cu turun oyunları oktyabrın 8-9-da keçiriləcək.