"Qalatasaray"ın Avroliqadakı rəqibi növbəti qələbəsini qazanıb
Həftə içi Avropa Liqasında "Qalatasaray"la qarşılaşacaq RFS Latviya liqasında növbəti oyununa çıxıb.
Sportline.az xəbər verir ki, səfərdə Yelqava ilə üz üzə gələn RFS ikinci hissədə vurduğu qollarla meydandan 2-0 hesabı ilə qalib ayrılıb.
Qonaqlar adına görüşdə Lipuscek (71) və Osuaqvu (76) fərqlənib.
RFS sona 5 tur qalmış 78 xalla liderliyini davam etdirib.
Qeyd edək ki, RFS-"Qalatasaray" oyunu oktyabrın 3-də Riqada olacaq.