Qallager "Tottenhem"də

"Atletiko Madrid"in yarımmüdafiəçisi Konor Qallager karyerasını "Tottenhem"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda London klubunun rəsmi saytı məlumat yayıb.

25 yaşlı oyunçu yeni komandası ilə 5.5 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Qallager "Tottenhem"də 22 nömrəli formanı geyinəcək.

Sözügedən futbolçu "Çelsi"nin yetirməsidir.