Qalmaqallı "Trabzonspor" - "Fənərbaxça" oyunu ilə bağlı qərar verildi
Türkiyə Futbol Federasiyası Super Liqanın 30-cu turu çərçivəsində keçirilən "Trabzonspor" - "Fənərbaxça" matçında yaşananlarla bağlı qərarını açıqlayıb. SportLine.az xəbər verir ki, federasiyanın qərarına əsasən, "Fənərbaxça"ya 4:0 hesablı texniki qələbə verilib.
Azarkeşlərin hərəkətləri isə İntizam Komitəsində müzakirə ediləcək.
Xatırladaq ki, sözügedən matçın 88-ci dəqiqəsində (hesab 0:4 olarkən) yerli azarkeşin meydana daxil olaraq əlavə köməkçi hakimi döyməsi səbəbilə qarşılaşma yarımçıq dayandırılmışdı.