Qanalı futbolçunun faciəvi sonu

İngiltərənin “Nottinqem Forest” klubunun keçmiş futbolçusu Derrik Otim faciəvi şəkildə ölüb.

Sportline.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə boğulub.

Qanalı futbolçu dostları görüşmək üçün həmin bölgəyə getmişdi. Otim universitetdə oxumaq üçün 2015-ci ildə "Nottingem Forest"dən ayrılmışdı. O, bu ilin may ayında məzun olmuşdu.