Qapıçıdan mükəmməl qol
Çimərlik futbolu üzrə Dünya Çempionatı start götürüb.
SportLine.az xəbər verir ki, Mundialın açılış matçında İran və Meksika futbolçuları üz-üzə gəliblər. Çempionatın ilk qolunu isə qapıçı vurub. İran millisinin çərçivə qoruyucusu - Hüseyni mükəmməl qolla komandasının qələbəsinə töhfə verib.
Qeyd edək ki, İran seçməsi rəqibindən 3:2 hesabı ilə üstün olub.