Bastoni Yamalla şəklini paylaşdı
"İnter"in futbolçusu Alessandro Bastoni "Barselona" ilə oyundan fotosunu paylaşıb.
Sportline.az xəbər verir ki, italiyalı müdafiəçi rəqib komandanın oyunçusu Lamin Yamalın cərimə tələb etdiyi epizodun şəklini sosail şəbəkə hesablarında paylaşaraq, vəziyyətin əksinə olduğunu bildirib.
Bastoni izləyicilərinə "Münhendə görüşərik" mesajını verib.
Xatırladaq ki, "İnter" UEFA Çempionlar Liqasının cavab yarımfinal matçında "Barselona"ya 4-3 hesabı ilə qalib gələrək finala yüksəlib.
Həlledici qarşılaşma mayın 31-də Münhenin "Alyans Arena" stadionunda keçiriləcək.