Qara Qarayev: "Birinci dəfə deyil, belə vəziyyətlə qarşılaşırıq"
"Qol buraxdığımız dəqiqəyə qədər yaxşı müdafiə olunduq. Bir səhv bizi Avroliqanın qrupundan, Çempionlar Liqasının pley-off mərhələsindən kənar qoydu". SportLine.az xəbər verir ki, bunu "Qarabağ" - "Viktoriya" (Plzen) görüşündən sonra "köhlən atlar"ın yarımmüdafiəçisi Qara Qarayev CBC Sport telekanalına açıqlamasında deyib.
Futbolçu uğursuzluğu belə şərh edib: "Futbolda belə şeylər olur. Biz də birinci dəfə deyil ki, belə vəziyyətdə qarşılaşırıq. Komanda yoldaşlarıma təşəkkürümü bildirirəm ki, son anadək mübarizə apardılar. Ancaq alınmayanda, alınmır. Hələ bir oyunumuz qalır. Çalışıb, o oyunda daha yaxşı nəticə göstərmək lazımdır".