"Qarabağ" Avstriya klubu ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışında olacaq "Qarabağ" klubunun yoxlama oyunları üçün ilk rəqibi müəyyənləşib. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi Avstriyanın "Vakker" klubu ilə qarşılaşacaq. II Liqada mübarizə aparan komanda ilə görüş iyunun 25-nə planlaşdırılıb. 

Qeyd edək ki, "Vakker" klubu ötən mövsüm Avstriya II liqasını 3-cü pillədə başa vurub.

Banner